Azərbaycan Texniki Universiteti  2022/2023-cü tədris ilində təkrar ali təhsil almaq üçün sənəd qəbulu elan edir
Reklam və elanlar

Azərbaycan Texniki Universiteti  2022/2023-cü tədris ilində təkrar ali təhsil almaq üçün sənəd qəbulu elan edir

Azərbaycan Texniki Universiteti (AzTU) 2022/2023-cü tədris ilində aşağıdakı ixtisaslar üzrə (əyani və qiyabi) ödənişli əsaslarla təkrar ali təhsil almaq üçün sənəd qəbulu elan edir.

Təkrar ali təhsil almaq üçün tələb olunan sənədlər:

1.         Rektorun adına ərizə;

2.         Ali təhsil haqqında sənədin (diplomun) notarial qaydada təsdiqlənmiş surəti (diploma  əlavə ilə birlikdə);  

3.         3x4 sm ölçüdə fotoşəkil;

4.         Şəxsiyyət vəsiqəsinin surəti.

Qeyd: Təkrar ali təhsilə sənəd qəbulu yalnız elektron qaydada aztu.edu.az saytı vasitəsilə (http://tekrar-alitehsil.aztu.edu.az:9594/) həyata keçirilir.

Qeyd olunan ixtisaslara qəbul olmaq istəyənlər tələb olunan sənədləri elektron qaydada təqdim etdikdən sonra müvafiq tələblərə cavab verdikləri halda təkrar ali təhsil almaq hüququnu qazanacaqlar.

Sənədlərin qəbulu 2022-ci il aprelin 15-dən avqustun 1-dək aparılacaq.    

QEYD:

1. 1993-cü ildən sonra xarici ölkələrdə ali təhsil almış şəxslər, yalnız diplomları mövcud qaydada Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən tanındıqdan sonra universitetdə təkrar ali təhsil ala bilərlər.

Ünvan: Bakı şəhəri, H.Cavid prospekti 25, Azərbaycan Texniki Universiteti

Telefon: 012 (539-12-65)

E-mail: [email protected]