Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin birinci üçtərəfli görüşü keçiriləcək
Digər xəbərlər

Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin birinci üçtərəfli görüşü keçiriləcək

İyulun 27-də Milli Məclisdə ilk dəfə olaraq Azərbaycan, Pakistan və Türkiyə parlament sədrlərinin üçtərəfli görüşü keçiriləcək. Tədbirin yekununda Bakı Bəyannaməsinin imzalanması gözlənilir.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, bu məqsədlə Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopun və Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Əsəd Qeysərin başçılıq etdikləri nümayəndə heyətləri iyulun 26-da ölkəmizə səfərə gəliblər.

Heydər Əliyev Beynəlxalq Aeroportunda Türkiyə və Pakistan spikerlərini Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli, sədr müavini Adil Əliyev, Türkiyənin və Pakistanın ölkəmizdəki səfirləri Cahit Bağçı, Bilal Haye və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Pakistan və Türkiyə parlament sədrlərinin Qarabağda Ermənistanın işğalından azad olunmuş ərazilərə səfərləri də gözlənilir.

AZƏRTAC