Azərbaycan və BƏƏ arasında energetika sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
İQTİSADİYYAT

Azərbaycan və BƏƏ arasında energetika sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub

İqtisadiyyat naziri Mikayıl Cabbarov Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfər edib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, nazir Mikayıl Cabbarovun BƏƏ- səfəri çərçivəsində bir sıra görüşlər keçirilib. SOCAR prezidenti Rövşən Nəcəfin iştirak etdiyi görüşlərdə qarşılıqlı faydalı əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.

BƏƏ-nin sənaye qabaqcıl texnologiyalar naziri, Əbu-Dabi Milli Neft Şirkətinin (ADNOC) baş icraçı direktoru "Masdar" şirkətinin sədri Sultan Əhməd Əl Caberlə görüşdə iqtisadiyyat naziri ölkəmizin təmiz ətraf mühit "yaşıl" enerji ölkəsinə çevrilməsinin qarşıya hədəf kimi qoyulduğunu vurğulayıb, enerjidən səmərəli istifadə olunması yeni dayanıqlı enerji mənbələrinin yaradılması istiqamətində həyata keçirilən layihələr onların icra vəziyyəti barədə məlumat verib. Bildirilib ki, alternativ enerji mənbələrinin yaradılması istiqamətində ölkəmizin potensialı böyükdür Azərbaycan bu sahədə "Masdar" şirkəti ilə uğurlu əməkdaşlıq edir. Enerji istehsalının bərpaolunan mənbələr hesabına şaxələndirilməsinin əsas hədəflərdən olduğu, şirkətlə əməkdaşlığın dayanıqlı, təmiz enerji ilə bağlı prioritetlərimizin reallaşdırılmasına töhfə verəcəyi qeyd edilib.

BƏƏ-nin sənaye qabaqcıl texnologiyalar naziri, ADNOC şirkətlər qrupunun baş icraçı direktoru, "Masdar" şirkətinin sədri Sultan Əl Caber rəhbərlik etdiyi şirkətin fəaliyyəti, müxtəlif ölkələrdəki təcrübəsi barədə danışıb, Azərbaycanla əməkdaşlıqdan məmnunluğunu ifadə edib. Həmçinin ölkəmizin əlverişli coğrafi mövqeyinin, təbii potensialının inkişaf etmiş infrastruktura malik olmasının "Masdar" şirkəti ilə əlaqələrin genişləndirilməsi üçün şərait yaratdığını vurğulayıb.

Görüşdə ölkələrimiz arasında uğurlu iqtisadi əlaqələr, neft-qaz hasilatı (upstream) neft-kimya üzrə layihələr (downstream), həmçinin karbohidrogen resurslarının nəqli (midstream) "yaşıl" enerji istehsalı üzrə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.

Səfər çərçivəsində "Sustainable Water Solutions" Holdinqinin sədri Əhməd Əl Şəmsi ilə keçirilən görüşdə yeni iqtisadi çağırışlar şəraitində resurslardan səmərəli istifadənin əhəmiyyəti, Azərbaycanda yaradılmış əlverişli investisiya mühiti dayanıqlı inkişaf üçün innovativ mexanizmlərin tətbiqində ölkəmizlə əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.