Azərbaycan və Fransa xarici işlər nazirləri qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər
Siyasət

Azərbaycan və Fransa xarici işlər nazirləri qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər

Martın 17-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Fransa Respublikasının Avropa və xarici işlər naziri Jan İv Lö Drian arasında telefon danışığı olub.

XİN-in Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, nazirlər, regiondakı vəziyyəti, o cümlədən üçtərəfli bəyanatların icrası ilə bağlı məsələləri müzakirə ediblər.

Danışıq zamanı nazirlər Azərbaycan tərəfindən təqdim edilmiş beş baza prinspinə toxunublar.

Jan İv Lö Drian Fransanın Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması səylərinə dəstəyini ifadə edib.

Tərəflər, həmçinin Ukrayna ətrafındakı mövcud vəziyyətə dair fikir mübadiləsi aparıblar.

Telefon danışığı zamanı nazirlər, ikitərəfli gündəliyin aktual mövzuları və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

AZƏRTAC