Azərbaycan və Gürcüstan xarici işlər nazirləri arasında telefon danışığı baş tutub
Siyasət

Azərbaycan və Gürcüstan xarici işlər nazirləri arasında telefon danışığı baş tutub

Aprelin 4-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Gürcüstanın yeni xarici işlər naziri İliya Darçiaşvili arasında telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, nazir Ceyhun Bayramov Gürcüstanın xarici işlər nazirini təbrik edib və ona yeni vəzifəsində uğurlar arzulayıb.

Tərəflər iki ölkə arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin inkişafına dair fikir mübadiləsi aparıb və gələcəkdə bu əlaqələrin daha da inkişafına dair əminlik ifadə ediblər.

AZƏRTAC