Azərbaycan və İranın XİN başçıları bölgədəki son vəziyyəti müzakirə ediblər
Digər xəbərlər

Azərbaycan və İranın XİN başçıları bölgədəki son vəziyyəti müzakirə ediblər

İyulun 27-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif arasında telefon danışığı olub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, nazirlər iki ölkə arasındakı əməkdaşlıq gündəliyinin bəzi məsələləri üzrə, habelə bölgədəki son vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.

AZƏRTAC