Azərbaycan və Latviya münasibətləri etibarlı əməkdaşlığa söykənir
Siyasət

Azərbaycan və Latviya münasibətləri etibarlı əməkdaşlığa söykənir

Hələ SSRİ-nin tərkibində müttəfiq münasibətlər quran bu iki respublika arasında elə həmin dövrdə iqtisadi mədəni əlaqələr formalaşmışdır. SSRİ dağıldıqdan, postsovet məkanında müstəqil dövlətlər yarandıqdan sonra bu münasibətlər daha da inkişaf etməyə başlamışdır. Azərbaycanın Latviyada səfirliyinin 2005-ci ildə (bu həm Azərbaycanın Baltikyanı ölkələrdəki ilk səfirliyidir)   Latviyanın Azərbaycandakı səfirliyinin 2006- ildə fəaliyyətə başlaması bu uğurlu inkişafın göstəricisidir.

Latviya ilə Azərbaycan arasında diplomatik əlaqələr 1991-ci ildə müstəqillik əldə etdikdən sonra qurulub. Son illər iki ölkə arasında münasibətlərin inkişafı yüksək səviyyədədir. Latviya ilə Azərbaycan arasında ikitərəfli siyasi, iqtisadi əlaqələr, strateji münasibətlər bir çox sahələrdə davam edir. Latviya ilə Azərbaycan arasında ikitərəfli münasibətlər səmimi dostluq əməkdaşlıq şəraitində həyata keçirilir. İki ölkə arasında əlaqələrin möhkəmləndirilməsində 2017-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin Latviyaya səfəri xüsusi qeyd edilməlidir. Bu səfər iki ölkə arasında əməkdaşlığın əlaqələrin daha da möhkəmlənməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Latviya ilə Azərbaycan arasında strateji əlaqələr təhlükəsizlik enerji kimi bir çox sahələrdə cəmləşib. Azərbaycanın Xəzər dənizindəki enerji ehtiyatlarına görə strateji mövqedə olması Latviyanın enerji resurslarına əlçatanlığı baxımından Azərbaycanla əməkdaşlığı daha da möhkəmləndirir. Latviya ilə Azərbaycan arasında iqtisadi əlaqələr son illər daha da genişlənib. Təsadüfi deyil ki, iki ölkə arasında ticarət dövriyyəsi 2021-ci ilə kimi 5,8 milyon dollar səviyyəsində olmuşdur. Latviya Azərbaycana qida, dərman maşınqayırma məhsulları ixrac etdiyi halda, Azərbaycan neft, qaz kimya məhsulları kimi sektorlarda əməkdaşlıq imkanlarını təmin edən tərəf rolunu oynayır. Dövlətlərarası keçirilən rəsmi səfərlər əməkdaşlığın qarşılıqlı əlaqələrin səmərəliliyi baxımından önəmli rol oynayır. Yeni dünya düzəninin formalaşdığı bir dövrdə etibarlı əməkdaşlığın vacibliyi bütün dövlətlər üçün prioritet hesab olunur. Latviya-Azərbaycan əlaqələrinin geniş siyasi-iqtisadi çərçivəni əhatə etməsi məhz bu məqsədi daşıyır.

Latviya Prezidenti Egils Levitsin 5-6 iyun 2022-ci il tarixlərində Azərbaycanda səfərdə olması ikili əlaqələri daha da möhkəmləndirdi. Bu səfər iki ölkə arasında əməkdaşlığı gücləndirmək münasibətləri inkişaf etdirmək məqsədilə həyata keçirilmişdir. Levits Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanın digər rəsmi şəxsləri ilə görüşlər keçirərək iki ölkə arasında əməkdaşlığın inkişafı xüsusilə iqtisadi sahədə investisiya imkanlarının artırılması məsələsini müzakirə etmişdir. Bununla yanaşı, Levits Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşüb, iki ölkə arasında parlament əlaqələrinin möhkəmləndirilməsi ilə bağlı fikir mübadiləsi aparmışdı. Prezident Levitsin Azərbaycana səfəri zamanı iki ölkə arasında bir sıra sazişlər imzalanıb. Bunlara Azərbaycan Latviya arasında birgə ticarət palatasının yaradılması, turizm sahəsində əməkdaşlığın artırılması, təhsil mədəniyyət sahələrində əməkdaşlıq kimi məsələlər daxildir. Levitsin Azərbaycana səfəri zamanı iki ölkə arasında iqtisadi əməkdaşlığın artırılması üçün biznes forumlar görüşlər keçirilib. Bu görüşlərdə Latviyadan olan bir çox şirkətlər Azərbaycanda investisiya imkanları haqqında məlumat alıb potensial əməkdaşlıq imkanları qiymətləndirilib.

Bu il martın 8- Azərbaycan Prezidenti İlham Əliyev Latviya Prezidenti Egils Levitsin görüşü keçirilmişdir. Azərbaycan Latviyanın dövlət başçıları söhbət zamanı bu il Davosda keçirilmiş görüşü məmnunluqla xatırlayaraq, həmin görüşdə aparılmış müzakirələrin ölkələrimiz arasında münasibətlərin inkişafında rolunu qeyd etdilər. Görüşdə Azərbaycan-Latviya münasibətlərinin strateji tərəfdaşlıq xarakteri daşıdığı qeyd edilib, Latviyanın Azərbaycanın Avropa İttifaqı NATO ilə əlaqələrinin inkişafına verdiyi dəstək yüksək qiymətləndirilib. Həmçinin Latviyanın ölkəmizdəki səfirliyinin NATO-nun Azərbaycanla münasibətlərdə əlaqələndirici rolunda çıxış etdiyi vurğulanıb.

Prezident İlham Əliyev Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması, sülh müqaviləsi üzrə aparılan danışıqlar prosesi barədə məlumat verib. Dövlətimizin başçısı Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin səyləri ilə aparılan danışıqlar prosesini Brüssel sülh gündəliyini dəstəklədiyini deyib. Egils Levits dövlətlərin ərazi bütövlüyünün beynəlxalq hüququn ölkəsinin xarici siyasətinin təməl prinsipi olduğunu deyərək, bu xüsusda Latviyanın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb.

Görüşdən sonra hər iki ölkə başçısı mətbuata bəyanatlarla çıxış ediblər. Mətbuata çıxışı zamanı Azərbaycanın Latviya ilə əlaqələrə böyük önəm verdiyini bildirən ölkə başçımız bu əlaqələrin daha da inkişafı üçün hər cür səy göstərəcəklərini vurğulayıb. Latviya Prezidenti Egils Levits Azərbaycanın regionda mühüm ölkə olduğuna diqqət çəkərək iki ölkə arasında ticarət dövriyyəsinin artırılmasının iqtisadi əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini bildirib. Azərbaycan Latviyanın ortaq maraqlarının olduğunu bunlara birgə hərəkət etməklə nail oluna biləcəyini deyən Levits Azərbaycanın Avropa ilə əlaqələrində mühüm rol oynadığını da vurğulayıb. Daha sonra hər iki lider dostluq münasibətlərinin qorunub saxlanması daha da möhkəmləndirilməsi istiqamətində birgə fəaliyyətin zəruri olduğunu bəyan edib.

Nurlan ABDALOV,

"Respublika".