Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub
Siyasət

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Milli Məclisin sədri Sahibə Qafarova Yunanıstana işgüzar səfəri çərçivəsində Monteneqro parlamentinin sədri Aleksa Becic ilə görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə ölkələrimiz arasında müxtəlif sahələrdə ikitərəfli münasibətlərin daha da inkişafı barədə müzakirələr aparılıb. Yüksəksəviyyəli səfərlərin siyasi münasibətlərimizin inkişafında xüsusi rol oynadığı vurğulanıb.

Söhbətdə Azərbaycanla Monteneqro arasında əlaqələrin inkişafında parlamentlərin rolundan danışılıb, bu sahədə dostluq qruplarının xüsusi əhəmiyyət kəsb etdiyi diqqətə çatdırılıb. Parlamentlərarası əməkdaşlığın daha da gücləndirilməsi üçün qarşılıqlı səfərlərin, fikir və təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb. Qeyd olunub ki, iki ölkə arasında iqtisadi, humanitar, mədəni, turizm və digər sahələrdə əməkdaşlığı genişləndirmək üçün geniş imkanlar var.

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

AZƏRTAC