“Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC
Digər xəbərlər

“Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC

MÜSTƏQİL AUDİTOR HESABATI

“Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC-nin rəhbərliyinə

RƏY

“Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC-nin (bundan sonra cəmiyyət) 31 dekabr 2020-ci il tarixinə maliyyə vəziyyətinə dair hesabatından (konsolidə edilmiş), məcmu gəlirlərə dair hesabatından (konsolidə edilmiş), kapitalda dəyişikliklər hesabatından (konsolidə edilmiş) və göstərilən tarixdə başa çatan il üçün pul vəsaitlərinin hesabatından(konsolidə edilmiş), habelə uçot siyasətinin əhəmiyyətli prinsiplərinin qısa təsviri də daxil olmaqla, maliyyə hesabatlarına (konsolidə edilmiş) qeydlərdən ibarət maliyyə hesabatlarının auditi aparılmışdır.

Hesab edirik ki, əlavə edilmiş maliyyə hesabatları Cəmiyyətin 31 dekabr 2020-ci il tarixinə maliyyə vəziyyətini, habelə maliyyə nəticələrini və göstərilən tarixdə başa çatan il üçün pul vəsaitlərinin hərəkətini Azərbaycan Respublikasının Mühasibat Uçotu Haqqında Qanununa uyğun olaraq bütün əhəmiyyətli aspektlərdə ədalətli şəkildə əks etdirir.

Rəy üçün əsaslar

Biz auditi Beynəlxalq audit standartlarına (BAS) uyğun aparmışıq. Bu standartlar üzrə bizim məsuliyyətimiz əlavə olaraq hesabatımızın “Maliyyə hesabatlarının auditi üçün auditorun məsuliyyəti” bölməsində təsvir edilir. Biz Azərbaycan Respublikasındakı maliyyə hesabatlarının auditinə aid olan etik normaların tələblərinə uyğun olaraq Cəmiyyətdən asılı deyilik və biz digər etik öhdəliklərimizi bu tələblərə uyğun yerinə yetirmişik. Hesab edirik ki, əldə etdiyimiz audit sübutları rəyimizi əsaslandırmaq üçün yetərli və münasibdir.

Maliyyə hesabatlarına görə rəhbərliyin və Cəmiyyətin idarə edilməsinə məsul şəxslərin məsuliyyəti

Rəhbərlik maliyyə hesabatlarının Azərbaycan Respublikasının Mühasibat Uçotu Haqqında Qanununa uyğun olaraq hazırlanmasına və düzgün təqdim edilməsinə və rəhbərliyin fikrincə, dələduzluq və ya səhvlər nəticəsində əhəmiyyətli təhriflərin olmadığı maliyyə hesabatlarının hazırlanmasına imkan verən zəruri daxili nəzarət sisteminin təşkilinə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarını hazırladıqda, rəhbərlik Cəmiyyəti ləğv etmək və ya işini dayandırmaq niyyətində olmadığı, yaxud bunu etməkdən başqa münasib alternativ olmadığı halda, rəhbərlik Cəmiyyətin fasiləsiz fəaliyyət göstərmək qabiliyyətinin qiymətləndirilməsinə, müvafiq hallarda fasiləsiz fəaliyyətə aid olan məsələlər haqqında məlumatların açıqlanmasına və idarəetməyə məsul şəxslər Cəmiyyətin maliyyə hesabatlarının təqdim etmə prosesinə nəzarətə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarının auditinə görə auditorun məsuliyyəti

Bizim məqsədimiz maliyyə hesabatlarında bir tam kimi, dələduzluq və ya səhvlər nəticəsində,əhəmiyyətli təhriflərin olub - olmadığına dair kafi əminlik əldə etmək və rəyin də daxil olduğu auditor hesabatını təqdim etməkdir. Kafi əminlik əminliyin yüksək səviyyəsidir, lakin o BAS-lara uyğun aparılmış auditin əhəmiyyətli təhrifləri hər bir halda aşkar edəcəyinə zəmanət vermir. Təhriflər dələduzluq və ya səhvlər nəticəsində yarana bilər və ayrılıqda yaxud məcmu olaraq, istifadəçilərin belə maliyyə hesabatları əsasında qəbul etdikləri iqtisadi qərarlarına təsir etmə ehtimalı olduğu halda əhəmiyyətli hesab edilir.

İdarəedici Partnyor                 E.Əliyev

Bakı şəhəri, Azərbaycan Respublikası

31.08.2021