Azərbaycan yazıçılarının XIII qurultayının iştirakçıları ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
Sosial həyat

Azərbaycan yazıçılarının XIII qurultayının iştirakçıları ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

Azərbaycan yazıçılarının XIII qurultayının iştirakçıları oktyabrın 26-da Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla anıb, məzarı önünə əklil qoyublar.

AZƏRTAC xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə güllər düzülüb.

Qurultay iştirakçıları Fəxri xiyab

anda uyuyan görkəmli şair və yazıçılarımızın da məzarlarını ziyarət edərək, üzərlərinə gül-çiçək düzüb, xatirələrini ehtiramla anıblar.

Sonra qurultay iştirakçıları Şəhidlər xiyabanına gələrək, ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini anıb, məzarları üzərinə gül, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyublar.

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qurultayın xarici ölkələrdən olan qonaqlarına Şəhidlər xiyabanının tarixi, şəhərdə aparılan abadlıq və quruculuq işləri barədə ətraflı məlumat verilib.

AZƏRTAC