Azərbaycana məxsus qiymətli kağızlar Türkiyə birjasında
İQTİSADİYYAT

Azərbaycana məxsus qiymətli kağızlar Türkiyə birjasında

“Ölkə Prezidentinin Sərəncamı ilə kapital bazarları ilə iş Azərbaycan Mərkəzi Bankına (AMB) həvalə ediləndə biz gördük ki, burada heç bir iş görülməyib”. Bunu AMB-nin sədri Elman Rüstəmov Milli Məclisdə keçirilən plenar iclasda deyib.

Sədr qeyd edib ki, qanunvericilik bazasından, texnoloji infrastrukturdan, kadr bazasından tutmuş hər şey dəyişdirilməlidir və bu istiqamətdə Türkiyə dövləti, onun maliyyə infrastrukturu ilə geniş əməkdaşlıq edilir. Bu yaxınlarda razılığa gəlmişik ki, Türkiyənin “İstanbul Fond Birjası”nda (“Borsa İstanbul”) listinqdə olan qiymətli kağızlar “Bakı Fond Birjası” QSC-də (BFB), Azərbaycana məxsus qiymətli kağızlar isə Türkiyə birjasında ticarət olunsun. Odur ki, biz bu bazara böyük ümidlər bəsləyirik "Kapital bazarının hüquqi çərçivəsinin və infrastrukturunun beynəlxalq normalara uyğunlaşdırılması, bazarda tələb-təklifin təşviqi, habelə beynəlxalq bazara inteqrasiyanın təmin edilməsi strategiyasına start verilib.

Bəybala  BƏYBALAYEV,

“Respublika”.