Azərbaycanda 313 nəfər COVİD-19 əleyhinə istifadə edilən vaksinlərə qarşı əks-göstəriş sertifikatı alıb
Səhiyyə

Azərbaycanda 313 nəfər COVİD-19 əleyhinə istifadə edilən vaksinlərə qarşı əks-göstəriş sertifikatı alıb

Bu günə qədər 313 nəfər yeni növ koronavirus (COVİD-19) əleyhinə istifadə edilən vaksinlərə qarşı əks-göstəriş sertifikatı alıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, əks-göstəriş sertifikatının verilməsi ilə bağlı tibb müəssisələrinə olunan müraciətlərin çoxluğu, əsassız müraciətlər və göndərilən sənədlərin bəzən düzgün doldurulmaması müəyyən gecikmələrə səbəb olur.

Məlumatda qeyd olunub ki, nazirlik vətəndaşların narazılığını anlayır, lakin göndərilən müraciətlərin komissiya tərəfindən araşdırılması müəyyən qədər vaxt aparır.

Xatırladaq ki, əks-göstəriş sertifikatının verilməsinə avqustun 9-dan başlanılıb.

AZƏRTAC