Azərbaycanda birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 2 milyon 654 min 273 nəfərdir
Səhiyyə

Azərbaycanda birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 2 milyon 654 min 273 nəfərdir

İyulun 26-da Azərbaycanda 432 nəfər yeni növ koronavirus (COVİD-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 197, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 235 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 4 milyon 564 min 329, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 2 milyon 654 min 273, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 1 milyon 910 min 56 nəfər təşkil edir.

AZƏRTAC