Azərbaycanda birinci mərhələ üzrə vaksin vurduranların ümumi sayı 2 milyonu keçib
Səhiyyə

Azərbaycanda birinci mərhələ üzrə vaksin vurduranların ümumi sayı 2 milyonu keçib

İyunun 24-də  Azərbaycanda yeni koronavirus (COVİD-19) infeksiyasına qarşı  66 min 10  doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildiriblər ki, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 36 min 942, ikinci mərhələ üzrə peyvənd olunanların sayı  29 min 68 nəfər olub.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının ümumi sayı 3 milyon 146 min 350-yə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 2 milyon 34 min 554, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 1 milyon 111 min 796 nəfərdir.

AZƏRTAC