Azərbaycanda bu günə qədər koronavirusa qarşı 6 milyon 689 min 31 vaksin vurulub
Səhiyyə

Azərbaycanda bu günə qədər koronavirusa qarşı 6 milyon 689 min 31 vaksin vurulub

Avqustun 30-da Azərbaycanda 1225 nəfər yeni növ koronavirus (COVİD-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 768, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 457 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 6 milyon 689 min 31, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 4 milyon 43 min 744, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 2 milyon 645 min 287 nəfər təşkil edir.

AZƏRTAC