Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 14 milyona yaxındır
Səhiyyə

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 14 milyona yaxındır

Avqustun 1-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 6 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 1, ikinci doza vaksinlərin sayı 1, üç və daha çox doza vaksinlərin sayı 4, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 0-dır.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 818 min 11, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 366 min 777, ikinci mərhələ üzrə 4 milyon 857 min 890, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 338 min 788, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 254 min 556-dır.

AZƏRTAC