Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı12 milyon 767-dir
Səhiyyə

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı12 milyon 767-dir

Yanvarın 31-də Azərbaycanda 18 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5, "buster" doza ilə peyvənd olunanların sayı isə 13 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 12 milyon 767, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 230 min 388, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 742 min 174 nəfər, "buster" doza ilə peyvənd olunanların sayı 2 milyon 28 min 205 nəfər təşkil edir.

AZƏRTAC