Azərbaycanda COVID-19 əleyhinə iki doza peyvənd vurduranların sayı 4 milyon 480 min 735 nəfərdir
Səhiyyə

Azərbaycanda COVID-19 əleyhinə iki doza peyvənd vurduranların sayı 4 milyon 480 min 735 nəfərdir

Noyabrın 15-də Azərbaycanda 340 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 140, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 121, "buster" doza ilə peyvənd olunanların sayı isə 79 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 10 milyon 92 min 763, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 22 min 490, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 480 min 735 nəfər, "buster" doza ilə peyvənd olunanların sayı 589 min 538 nəfər təşkil edir.

AZƏRTAC