Azərbaycanda COVİD-19 əleyhinə vurulan peyvənd dozalarının sayı 8 milyona yaxınlaşıb
Səhiyyə

Azərbaycanda COVİD-19 əleyhinə vurulan peyvənd dozalarının sayı 8 milyona yaxınlaşıb

Sentyabrın 20-də Azərbaycanda 1025 nəfər yeni növ koronavirus (COVİD-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 410, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 615 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 7 milyon 977 min 574, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 4 milyon 619 min 842, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 3 milyon 357 min 732 nəfər təşkil edir.

AZƏRTAC