Azərbaycanda COVID-19 əleyhinə vurulan peyvənd dozalarının sayı 8.5 milyonu ötüb
Səhiyyə

Azərbaycanda COVID-19 əleyhinə vurulan peyvənd dozalarının sayı 8.5 milyonu ötüb

Sentyabrın 30-da Azərbaycanda 68 min 676 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 16 min 517, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 52 min 159 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 8 milyon 554 min 628, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 4 milyon 762 min 232, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 3 milyon 792 min 396 nəfər təşkil edir.

AZƏRTAC