Azərbaycanda COVID-19 əleyhinə vurulan peyvənd dozalarının ümumi sayı 11 milyon 765 min 37-dir
Səhiyyə

Azərbaycanda COVID-19 əleyhinə vurulan peyvənd dozalarının ümumi sayı 11 milyon 765 min 37-dir

Yanvarın 21-də Azərbaycanda 8 min 471 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 722, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 773, "buster" doza ilə peyvənd olunanların sayı isə 6 min 976 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 11 milyon 765 min 37, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 209 min 461, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 724 min 359 nəfər, "buster" doza ilə peyvənd olunanların sayı 1 milyon 831 min 217 nəfər təşkil edir.

AZƏRTAC