Azərbaycanda COVID-19 əleyhinə vurulan peyvənd dozalarının ümumi sayı 11 milyon 813 min 843-dür
Səhiyyə

Azərbaycanda COVID-19 əleyhinə vurulan peyvənd dozalarının ümumi sayı 11 milyon 813 min 843-dür

Yanvarın 24-də Azərbaycanda 3 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1, "buster" doza ilə peyvənd olunanların sayı isə 1 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 11 milyon 813 min 843, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 214 min 125, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 729 min 273 nəfər, "buster" doza ilə peyvənd olunanların sayı 1 milyon 870 min 445 nəfər təşkil edir.

AZƏRTAC