Azərbaycanda COVID-19 əleyhinə vurulan peyvənd dozalarının ümumi sayı 9 milyon 200 minə yaxındır
Səhiyyə

Azərbaycanda COVID-19 əleyhinə vurulan peyvənd dozalarının ümumi sayı 9 milyon 200 minə yaxındır

Oktyabrın 18-də Azərbaycanda 591 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 190, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 401 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 9 milyon 195 min 23, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 4 milyon 964 min 341, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 230 min 682 nəfər təşkil edir.

AZƏRTAC