Azərbaycanda COVİD-19 əleyhinə vurulan vaksin dozalarının sayı 8 milyonu ötüb
Səhiyyə

Azərbaycanda COVİD-19 əleyhinə vurulan vaksin dozalarının sayı 8 milyonu ötüb

Sentyabrın 21-də Azərbaycanda 65 min 849 nəfər yeni növ koronavirus (COVİD-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 16 min 737, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 49 min 112 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 8 milyon 43 min 423, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 4 milyon 636 min 579, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 3 milyon 406 min 844 nəfər təşkil edir.

AZƏRTAC