Azərbaycanda əhalinin sayı 10 milyon 139 min nəfərə çatıb
Sosial həyat

Azərbaycanda əhalinin sayı 10 milyon 139 min nəfərə çatıb

İlin əvvəlindən ölkə əhalisinin sayı 20 min 63 nəfər və ya 0,2 faiz artaraq, 2021-ci il iyul ayının 1-i vəziyyətinə 10 milyon 139 min 196 nəfərə çatıb.

Bu barədə AZƏRTAC-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, əhalinin 53 faizini şəhər, 47 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. 

AZƏRTAC