Azərbaycanda hüquqi dövlət modelinin banisi
Siyasət

Azərbaycanda hüquqi dövlət modelinin banisi

Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyini böyük təntənə ilə qeyd edir. Deyirlər, dahilər yüz ildə bir dünyaya gəlir. Lakin Heydər Əliyev kimi şəxsiyyətlərin dünyaya gəlişi zaman deyil, bəlkə tale məsələsidir. Çünki belə bir lider yetişdirmək hər xalqa nəsib olmur. Xüsusilə, peşəsi hüquq onun mühafizəsi ilə bağlı olan şəxslərin həyatında Heydər Əliyev fenomeninin rolu əvəzsizdir. Ulu Öndərin daxili siyasət strategiyasının təhlili zamanı da məhz ictimai ədalətin, habelə dövlət nizamının, siyasi stabilliyin qorunmasının dəyişməz prioritetlər olduğu açıq şəkildə görünür.

Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biri ölkədə hüquqi dövlət modelini formalaşdırmasıdır. İngilis filosofu Con Lokun dövlətlərin quruluş fəlsəfəsi ilə bağlı nəzəriyyəsindən doğan hüquqi dövlət - dövlətin təşkilinin fəaliyyətinin elə bir formasıdır ki, burada insan vətəndaşın hüquqları azadlıqları təmin olunur, dövlət hakimiyyətinin fiziki şəxslər onların müxtəlif birlikləri ilə əlaqələri hüquq əsasında qurulur.

Qurtuluş günü kimi qeyd etdiyimiz 15 iyun 1993- ildə məhz Heydər Əliyevin hakimiyyətə qayıtmasından sonra yenidən ölkəmizdə qanunun aliliyi hüququn üstünlüyü prinsipləri dövlət səviyyəsində tanınmağa müdafiə olunmağa başlandı. Heydər Əliyev 1993- ildə hakimiyyətə qayıtdığı zaman SSRİ-dən qalma bürokratik aparat sıradan çıxmış, parlament təsadüfi adamların görüş məkanına çevrilmiş, siyasi aparat iflic vəziyyətə düşmüş, regionlarda separatizm meyilləri intensivləşmiş, böyük şəhər rayonlarda silahlı başıpozuq dəstələrin nizamsız qanuntanımaz fəaliyyəti pik həddə gəlib çatmışdı. Yəni o dövrdə Azərbaycanda hüquq qanundan danışmaq belə əbəs idi. Lakin Ulu Öndər uçulub-dağılan bu sınıq-salxaq dövlət aparatını işlək vəziyyətə gətirmək, siyasi nizam sabitliyi təmin etmək hüquqi dövlət modelini formalaşdırmaq üçün inadkar bir mübarizəyə başladı. Əvvəla, Ermənistanla atəşkəs müqaviləsini imzalayıb cəbhədə, daha sonra bir qrup silahlı dəstələrin dövlət çevrilişi cəhdlərinin qarşısını almaqla daxildə siyasi sabitliyi təmin etdi. Hüquqi dövlət vahid hüquqi sistem olmadan yaradıla bilməzdi. Məhz bu səbəbdən Heydər Əliyev vaxt itirmədən beynəlxalq normalarla uzlaşan milli konstitusiyanın yaradılması prosesinə start verdi. "Biz demokratik dövlət quruculuğu prosesinə başlamışıq", - deyən Ulu öndər konstitusiyanın hər maddəsi, hər məcəlləsi ilə tanış olur, bununla bağlı aparılan hüquqi ictimai müzakirələrdə şəxsən iştirak edirdi. Nəticədə 1995-ci ilin 12 noyabrında müstəqil Azərbaycanın ilk konstitusiyası qəbul edildi ki, bu da ölkədə hüquqi dövlətin qurulması üçün böyük bir zəminin formalaşması mənasına gəlirdi. Lakin Heydər Əliyevin missiyası sona çatmamışdı. Konstitusiya qəbul edildikdən 1 il sonra onun imzaladığı fərmanla ölkədə genişmiqyaslı məhkəmə-hüquq islahatlarına başlanıldı. "Konstitusiya Məhkəməsi haqqında", "Məhkəmələr hakimlər haqqında", "Polis haqqında", "Vəkillər vəkillik fəaliyyəti haqqında", "Əməliyyat-axtarış fəaliyyəti haqqında" s. qanunlar qəbul edildi.

1998-ci il iyunun 18- ümummilli liderin müvafiq fərmanı ilə təsdiq olunan "Azərbaycanda insan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı" isə hüquqi islahatlarda yeni mərhələ açdı. 1998-ci ildə Azərbaycanda məhkəmə-hüquq sisteminin ali instansiyası - Konstitusiya Məhkəməsi fəaliyyətə başladı. Ardınca, 1998-ci ildə ölüm hökmü senzura ləğv edildi. Bütün bunlar Azərbaycanda yeni bir siyasi-hüquqi eranın başlanğıcı kimi şərh edilirdi.

Xüsusilə, ölüm hökmünün ləğv edilməsi Azərbaycanda insan hüquqlarının müdafiəsi demokratikləşmə prosesinin intensivləşməsi baxımından mühüm hadisə hesab edilirdi. Bu həm Heydər Əliyev fenomeninin qəlbində mövcud olan böyük humanizmin əyani təzahürü idi. Ümummilli lider bu barədə deyirdi:

 "Bütün bunlar Azərbaycan xalqının çoxəsrlik ənənələrindən irəli gəlir, ən yüksək dəyər olan insan həyatının qorunmasına təminat verir, cəmiyyətimizi insaniləşdirir, insan ləyaqətinə hörmət ehtiramı, bütünlükdə ölkəmizdə demokratiyanın inkişafını nümayiş etdirir, xalqımızda nikbin gələcəyə inam yaradır. Mən cinayət-hüquq siyasətini hərtərəfli təhlil edərək ədalət, azadlıq, humanizm insanpərvərlik kimi yüksək ideallara sadiq qalaraq ölkəmizdə ölüm cəzasının ləğv edilməsi qənaətinə gəlib bu tarixi bəyanatı vermişəm. Ölüm cəzasının ləğvini məhz bu siyasətin məntiqi nəticəsi kimi qiymətləndirirəm".

Ümummilli liderin rəhbərliyi ilə həyata keçirilən məhkəmə-hüquq islahatları çərçivəsində 1999-cu ilin dekabr ayında qəbul edilən "Prokurorluq haqqında" Azərbaycan Respublikasının Qanununda prokurorluğun sovetlər dönəminin totalitar rejiminə xas olan funksiyalardan azad olunması, bu təsisatın fəaliyyətinin forma metodlarının demokratik prinsiplərə uyğunlaşdırılması nəzərdə tutulmaqla, qurumun sistemi təşkili, səlahiyyətləri, vəzifələri, kadr təminatı, habelə işçilərin sosial müdafiəsi ilə bağlı məsələlər müasir beynəlxalq standartlara uyğun tənzimləndi.

Hüquqi dövlətin inkişafında ələlxüsus məhkəmə hakimiyyətinin üzərinə böyük yük düşürdü. Ulu Öndər bunun fərqində idi məhkəmə hakimiyyəti sisteminə daxil olan bütün orqanlara, o cümlədən prokurorluq orqanlarına xüsusi diqqət ayırırdı. Bu diqqət ən xırda detallardan, ən ciddi islahatlara qədər özünü büruzə verirdi. Məsələn, 1918-ci ildən fəaliyyətə başlayan Azərbaycanın Milli prokurorluq orqanlarının peşə bayramı mövcud deyildi. Heç bunun üçün təşəbbüs belə göstərilməmişdi. 1998-ci ilin 17 iyulunda Ulu Öndər Heydər Əliyev imzaladığı sərəncamla hər ilin 1 oktyabr tarixi prokurorluq işçilərinin peşə bayramı günü kimi təsis edildi. 2001-ci ilin 19 iyununda isə Heydər Əliyevin imzaladığı növbəti fərman hazırda prokurorluq orqanlarında çalışan minlərlə əməkdaşın taleyini dəyişdi. Belə ki, sözügedən tarixdə "Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında Əsasnamə" Ulu Öndər tərəfindən qəbul edildi. Nəticədə prokurorluq orqanlarına işə qəbulun demokratik prinsiplər əsasında, şəffaf prosedurlarla, müsabiqə yolu ilə həyata keçirilməsinə başlanıldı.

Azərbaycan Respublikasının Konstitusiyasına 2002-ci il avqust ayının 24- keçirilmiş referendumla edilmiş dəyişiklikləri Heydər Əliyevin hüquqi dövlət quruculuğu sahəsində gördüyü işlərin yekunu olaraq qiymətləndirmək mümkündür. Yeri gəlmişkən, bu referendumda prokurorluğa qanunvericilik təşəbbüsü hüququ verildi. Bu, hüquq sisteminin təkmilləşdirilməsində inkişafında mühüm əhəmiyyətə malik hadisə idi.

Heydər Əliyev ölkədə qanunun aliliyi hüququn üstünlüyü prinsiplərinin prokurorluq əməkdaşları tərəfindən böyük bir şövq şücaətlə müdafiə ediləcəyinə əmin idi. Ona görə prokurorluq orqanlarının inkişaf etdirilməsinə xüsusi diqqət göstərirdi. Ulu Öndər çıxışlarının birində sözügedən məsələyə toxunaraq demişdi:

"Azərbaycan Prokurorluğunun inkişaf etməsində dövlət qayğısı bu gün , gələcəkdə olacaqdır. Buna əmin ola bilərsiniz. Azərbaycan Prezidenti kimi, mən Azərbaycan Prokurorluğuna inanıram, güvənirəm arxalanıram".

Heydər Əliyev prokurorluq əməkdaşları ilə hər bir görüşündə sanki bir müəllim kimi onların ideoloji hazırlığı ilə məşğul olur, onlara öyüd-nəsihətlər verirdi:

"Sağlam mənəviyyat hər bir prokurorluq işçisi üçün, qanun keşiyində duran bizim hər bir məmurumuz üçün əsas meyar olmalıdır. Əgər bu yoxdursa, o insan bizim tələblərimizə cavab verə bilməyəcəkdir. Bizim tələblərimiz isə qanundur, qanunun aliliyidir", - deyə Heydər Əliyev gənc prokurorlara çağırış edirdi.

Heydər Əliyev dahi strateq, böyük dövlət xadimi mahir siyasət ustası olaraq xalqına verdiyi bütün vədləri uğurla yerinə yetirdiyi kimi, hüquqi dövlət quruculuğu işini uğurla başa çatdırdı. Ulu öndərin memarı olduğu müstəqil Azərbaycan Respublikasına bu gün Prezident İlham Əliyevin liderlik etməsi isə Heydər Əliyev siyasi kursunun bitmədiyinin, bundan sonra da milli dövlətçiliyimizin inkişafına töhfə verəcəyənin qarantıdır.

Sonda isə vurğulamaq istərdim ki, bu gün hər bir prokurorluq əməkdaşı ümummilli liderin miras qoyduğu yolda böyük fəxr inamla irəliləyir. Ulu Öndər Heydər Əliyevin irsi, onun ideyaları, fikirləri əməkdaşlar tərəfindən dərindən öyrənilir. Bu minvalla onlar Heydər Əliyev ideyalarına daim sədaqət nümayiş etdirir dövlətçiliyin möhkəmləndirilməsi, qanunun aliliyi hüququn üstünlüyünün təmin edilməsi prosesində qanunla üzərlərinə düşən bütün öhdəlik vəzifələri ləyaqət inamla yerinə yetirirlər. Çünki Azərbaycanın işıqlı gələcəyini qurmaq, bu yolda yorulmadan çalışmaq, Heydər Əliyev əmanəti sayılan hüquqi dövlət modelinin keşiyində durmaq hazırda prokurorluq əməkdaşlarının ən ümdə müqəddəs amalı, qayəsidir.

İlkin MUSTAFAYEV,

Ucar rayon prokuroruədliyyə müşaviri.