Azərbaycanda koronavirus infeksiyasına 1736 yeni yoluxma faktı qeydə alınıb
Səhiyyə

Azərbaycanda koronavirus infeksiyasına 1736 yeni yoluxma faktı qeydə alınıb

Azərbaycanda yeni növ koronavirus (COVİD-19) infeksiyasına son sutkada 1736 yoluxma faktı qeydə alınıb, 435 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 12 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 354 min 662 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 335 min 771 nəfər müalicə olunaraq sağalıb, 5 min 84 nəfər vəfat edib. Aktiv xəstə sayı 13 min 807 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 min 81, bu günə qədər isə ümumilikdə 4 milyon 133 min 796 test icra olunub.

AZƏRTAC