Azərbaycanda koronavirus infeksiyasına 3508 yeni yoluxma faktı qeydə alınıb
Səhiyyə

Azərbaycanda koronavirus infeksiyasına 3508 yeni yoluxma faktı qeydə alınıb

Son sutka ərzində Azərbaycanda yeni növ koronavirus (COVİD-19) infeksiyasına 3508 yoluxma faktı qeydə alınıb, 610 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 13 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 365 min 9 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 338 min 279 nəfər müalicə olunaraq sağalıb, 5138 nəfər vəfat edib. Aktiv xəstə sayı 21 min 592 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 16 min 956, bu günə qədər isə ümumilikdə 4 milyon 195 min 64 test icra olunub.

AZƏRTAC