Azərbaycanda koronavirus infeksiyasından daha 239 nəfər müalicə olunaraq sağalıb
Səhiyyə

Azərbaycanda koronavirus infeksiyasından daha 239 nəfər müalicə olunaraq sağalıb

Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 239 nəfər müalicə olunaraq sağalıb,  68 yeni  yoluxma faktı qeydə alınıb.  

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə,  COVİD-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə  334 min 917 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 327 min  626 nəfər müalicə olunaraq sağalıb, 4948 nəfər vəfat edib. Aktiv xəstə sayı 2343 nəfərdir.

Ötən müddət ərzində 3 milyon 589 min 231 test aparılıb. Bugünkü test sayı isə  8158-dir.

AZƏRTAC