Azərbaycanda koronavirus infeksiyasından daha 350 nəfər müalicə olunaraq sağalıb
Səhiyyə

Azərbaycanda koronavirus infeksiyasından daha 350 nəfər müalicə olunaraq sağalıb

Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 350 nəfər müalicə olunaraq sağalıb, 108 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, COVİD-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 334 min 647 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 326 min 619 nəfər müalicə olunaraq sağalıb, 4936 nəfər vəfat edib. Aktiv xəstə sayı 3092 nəfərdir.

Ötən müddət ərzində 3 milyon 559 min 951 test aparılıb. Bugünkü test sayı isə 8331-dir.

AZƏRTAC