Azərbaycanda koronavirus infeksiyasından daha 71 nəfər müalicə olunaraq sağalıb
Səhiyyə

Azərbaycanda koronavirus infeksiyasından daha 71 nəfər müalicə olunaraq sağalıb

Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 71 nəfər müalicə olunaraq sağalıb,  133 yeni  yoluxma faktı qeydə alınıb.  

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə,  COVİD-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə  337 min  456 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 330 min  873 nəfər müalicə olunaraq sağalıb, 4988 nəfər vəfat edib. Aktiv xəstə sayı 1595 nəfərdir.

Ötən müddət ərzində 3 milyon 867 min 916 test aparılıb. Bugünkü test sayı isə  9365-dir.

AZƏRTAC