Azərbaycanda koronavirusa qarşı vurulan vaksin dozalarının ümumi sayı 4 milyonu keçib
Səhiyyə

Azərbaycanda koronavirusa qarşı vurulan vaksin dozalarının ümumi sayı 4 milyonu keçib

İyulun 9-da  Azərbaycanda yeni koronavirus (COVİD-19) infeksiyasına qarşı 51 min 510 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildiriblər ki, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 20 min 756, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 30 min 754 nəfər olub.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının ümumi sayı 4 milyon  15 min 612- bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 2 milyon 437 min 929, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 1 milyon 577 min  683 nəfərdir.

AZƏRTAC