Azərbaycanda peyvənd olunanların sayı açıqlanıb
Səhiyyə

Azərbaycanda peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada 3530 nəfər vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza vaksinlərin sayı 367, ikinci doza vaksinlərin sayı 487 təşkil edib.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 2412-dir. Pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 264 olub.

Qeyd edək ki, ölkədə bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 milyon 691 min 178, birinci doza peyvəndlərin ümumi sayı 5 milyon 344 min 206, ikinci doza vaksinlərin sayı 4 milyon 844 min 534 təşkil edib. Üç və daha çox doza vaksinlərin sayı 3 milyon 259 min 32, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı isə 243 min 406 olub.

AZƏRTAC