Azərbaycanda son sutkada koronavirus infeksiyasından ölən olmayıb
Səhiyyə

Azərbaycanda son sutkada koronavirus infeksiyasından ölən olmayıb

Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 42 nəfər müalicə olunaraq sağalıb, 95 yeni yoluxma faktı qeydə alınıb.  

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə,  son sutkada koronavirus infeksiyasından ölən olmayıb.

Hazırkı dövrədək ölkəmizdə 336 min 318 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 330 min 380 nəfər müalicə olunaraq sağalıb, 4977 nəfər vəfat edib. Aktiv xəstə sayı 961 nəfərdir.

Ötən müddət ərzində 3 milyon 778 min 410 test aparılıb. Bugünkü test sayı isə 10428-dir.

AZƏRTAC