Azərbaycanda son sutkada koronavirus infeksiyasından ölüm halı qeydə alınmayıb
Səhiyyə

Azərbaycanda son sutkada koronavirus infeksiyasından ölüm halı qeydə alınmayıb

Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 92 nəfər müalicə olunaraq sağalıb,  169 yeni  yoluxma faktı qeydə alınıb.  

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə,  hazırkı dövrədək ölkəmizdə  337 min  970 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 331 min 112 nəfər müalicə olunaraq sağalıb, 4990 nəfər vəfat edib. Aktiv xəstə sayı 1868 nəfərdir.

Ötən müddət ərzində 3 milyon 894 min 683 test aparılıb. Bugünkü test sayı isə  8628-dir.

AZƏRTAC