Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib
Digər xəbərlər

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib

Azərbaycan dövləti tərəfindən Ukrayna xalqına humanitar yardım məqsədilə təcili və təxirəsalınmaz hallarda tibbi yardımın göstərilməsi üçün dərman vasitələri və tibbi sərf, eləcə də ərzaq və qida məhsullarından ibarət növbəti yardım martın 12-də yola salınıb.

AZƏRTAC xəbər verir ki, ümumi məbləği 5,5 milyon avrodan artıq olan 380 tonluq humanitar yardımın Polşanın Rjeşov hava limanına çatdırılması üçün ilk təyyarə saat 09:00-da Heydər Əliyev adına Beynəlxalq Hava Limanından yola düşüb. Yardımın daşınması məqsədilə gün ərzində növbəti uçuşların həyata keçirilməsi nəzərdə tutulub.

Xatırladaq ki, Ukraynadakı vəziyyətlə əlaqədar ölkə rəhbərliyinin tapşırığı ilə Azərbaycan tərəfindən Ukraynaya dərman vasitələri, tibbi sərf, cihaz və avadanlıqlardan ibarət 5,5 milyon avro məbləğində ilk humanitar yardım böhranın ilk günlərində - fevralın 27-də göndərilib.

AZƏRTAC