Azərbaycanın Baş naziri Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərə gəlib
Siyasət

Azərbaycanın Baş naziri Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərə gəlib

A zərbaycan Respublikasının Baş naziri Əli Əsədov fevralın 14-də Dünya Hökumət Sammitində iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərə gəlib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycanın Baş nazirini Dubay Beynəlxalq Hava Limanında Birləşmiş Ərəb Əmirliklərinin ictimai inkişaf naziri xanım Hessa bint Essa Buhumaid və digər rəsmi şəxslər qarşılayıblar.