Azərbaycanın daxili işlər naziri BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisi ilə görüşüb
Siyasət

Azərbaycanın daxili işlər naziri BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisi ilə görüşüb

Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov missiyasının sona çatması ilə əlaqədar BMT-nin ölkəmizdəki rezident-əlaqələndiricisi Qulam İsakzai ilə görüşüb.

Daxili İşlər Nazirliyi (DİN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə nazir V.Eyvazov BMT-nin bir çox təsisatları ilə DİN arasındakı sıx əməkdaşlıq əlaqələrinin mövcudluğunu, ölkəmizin BMT-nin terrorçuluğa, transmilli mütəşəkkil cinayətkarlığa, narkotiklərin dövriyyəsinə, qanunsuz miqrasiyaya insan alverinə qarşı mübarizə üzrə müvafiq Konvensiya Protokolların iştirakçısı olaraq, Təşkilatın bir çox xüsusi qurum orqanları ilə səmərəli əməkdaşlıq münasibətlərini davam etdirdiyini xatırladıb, qlobal sülh təhlükəsizliyin qorunması üçün məsul olan bu qurumun daha səmərəli fəaliyyət göstərməsinə respublikamızın da öz töhfəsini verdiyini vurğulayıb.

Nazir qeyd edib ki, təkcə son beş ildə respublikada ayrı-ayrı xarici dövlətlərdə BMT-nin təşəbbüsü ilə keçirilən müxtəlif tədbirlərdə Azərbaycan Respublikasının daxili işlər orqanlarının 200-ə yaxın əməkdaşı fəal iştirak edib.          

Bu əlaqələrin genişlənməsinə, eləcə ölkəmizdəki fəaliyyəti dövründə Azərbaycan Respublikası ilə BMT arasında münasibətlərin inkişafına verdiyi töhfələri yüksək qiymətləndirən general-polkovnik V.Eyvazov Q.İsakzaiyə təşəkkürünü bildirib bundan sonrakı fəaliyyətində uğurlar arzulayıb.

Səmimi qəbula görə minnətdarlığını bildirən Qulam İsakzai fəaliyyət göstərdiyi müddətdə ölkəmizdə böyük quruculuq işlərinin getdiyinin, iqtisadiyyatın durmadan inkişaf etdiyinin şahidi olduğunu, Azərbaycanda təhlükəsizlik məsələlərinin uğurla həyata keçirildiyini, hüquq-mühafizə, o cümlədən polis orqanlarının bu istiqamətdə üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəldiklərini xatırladıb, BMT-nin Azərbaycandakı strukturları ilə DİN arasında əməkdaşlığın bundan sonra daha da genişlənəcəyinə əminliyini ifadə edib.

AZƏRTAC