Azərbaycanın görkəmli satirik şairi Mirzə Ələkbər Sabir
Tarixi şəxsiyyətlər

Azərbaycanın görkəmli satirik şairi Mirzə Ələkbər Sabir

30 may görkəmli şair Mirzə Ələkbər Sabirin doğum günüdür. Ələkbər Zeynalabdin oğlu Tahirzadə 1862-ci ildə Şamaxıda anadan olub. Atası Zeynalabdin Tahirzadə oğlu Ələkbəri səkkiz yaşına çatanda mollaxanaya qoyur o, 12 yaşına qədər mədrəsədə oxuyur.

Mirzə Ələkbər Sabir 1874- ildə şair pedaqoq Seyid Əzim Şirvaninin məktəbinə daxil olur, burada ümumtəhsil fənləri, eləcə Azərbaycan rus dilləri üzrə təhsil alır. S.Ə.Şirvani ilə şəxsi təmaslar Sabirin şair kimi formalaşmasına böyük təsir göstərir. Farsca şeirləri tərcümə edir Azərbaycan dilində şeirlər yazmağa başlayır.

M.Ə.Sabir 1887-ci ildə Şamaxıda yaxın qohumlarından olan Billurnisə adlı qızla ailə həyatı qurur. Bu nikahdan onun səkkiz qızı bir oğlu dünyaya gəlir. Çoxuşaqlı ailənin başçısı kimi, Sabir çətinliklə dolanır, hətta sabun bişirib satmağa məcbur olur. 1902-ci ildə Şamaxıda baş verən dəhşətli zəlzələ görkəmli şairin evsiz-eşiksiz qalmasına səbəb olur. Beləcə, onun həyatı daha da çətinləşir. M.Ə.Sabir Abdulla Şaiqlə Şamaxıda ilk görüşü zamanı demişdi: "Bir çox adamın batini kirini təmizləmək əlimizdən gəlmir. Zahiri kirini təmizləmək üçün sabun bişirmək peşəsini qəbul etmişəm".

XX əsrin əvvəllərindən etibarən Sabirin şeirləri mətbuat səhifələrində görünməyə başladı. 1903- ildə "Şərqi-rus" qəzetində onun şeiri çap olunub. Bir qədər sonra isə o öz şeirlərini "Həyat" qəzetində çap etdirir. 1906- ildə "Molla Nəsrəddin" jurnalının ən fəal müəlliflərindən biri məhz Mirzə Ələkbər Sabir idi. O zamandan Cəlil Məmmədquluzadə ilə M.Ə.Sabir arasında dostluq münasibətləri yarandı. Hər iki sənətkar yaltaq ruhaniləri, satqın ziyalıları satira atəşinə tutur bu səbəbdən hədə-qorxu təhdidlərə məruz qalırdılar. Buna görə imzasını tez-tez dəyişməli olan şair "Molla Nəsrəddin" jurnalında 36 gizli imza ilə çıxış etmişdir.

1908-ci il aprelin 11- Bakı quberniya ruhani idarəsində imtahan verən M.Ə.Sabir mayın 7- Tiflisə gedərək Qafqaz Şeyxülislam İdarəsindən ana dili şəriət müəllimi diplomu alır. Lakin o, bir müddət Şamaxı məktəblərindən birində köməkçi müəllim işləyir. Həmin ilin sentyabr ayında isə "Ümid" məktəbini açmağa nail olur. 60-a qədər şagirdin təhsil aldığı məktəbdə dərslər yeni tədris üsulu ilə aparılırdı. Həmçinin ana dili, fars dili, hesab, coğrafiya təbiətə dair məlumatlar verilir, Quran şəriət dərsləri tədris edilirdi.

Sabirin seçilmiş əsərlərinin "Hophopnamə" adlandırılması "Hophop" imzası ilə əlaqədardır. Onun "Fəhlə", "Əkinçi", "Oxutmuram, əl çəkin" şeirləri oxucular tərəfindən bu gün çox sevilir.

1910-cu ilin əvvəllərində Bakıya gələn Sabir "Zənbur" jurnalında, "Günəş" "Həqiqət" qəzetlərində işləyir. Elə həmin ilin axırında xəstəlik səbəbindən geriyə, Şamaxıya qayıdır. 1911-ci ilin may ayında o, müalicə üçün Tiflisə gedib, dostu C.Məmmədquluzadənin evində qalır. "Molla Nəsrəddin"in əməkdaşları şairə böyük qayğıkeşlik göstərirlər. Həkimlər şairə cərrahiyyə əməliyyatı aparmağı təklif edirlər. Lakin o buna razı olmur Şamaxıya qayıdır. 1911-ci il iyulun 12- vəfat edir. Şairin məzarı Şamaxıda "Yeddi Guşə" yerləşir. Vəfatından bir il sonra, 1912-ci ildə onun şeirləri "Hophopnamə" adı ilə çap olunur.

M.Ə.Sabirin xatirəsinin əbədiləşdirilməsinə hər zaman dövlət tərəfindən xüsusi diqqət göstərilmişdir. Bakı şəhərində şairin adına kitabxana təsis edilmiş (1919), Bakıda (1922) Şamaxıda (1962) Sabirin heykəli ucaldılmışdır. Sabirabad rayonu Mirzə Ələkbər Sabirin adını daşıyır. Bundan başqa, müxtəlif şəhərlərdəki küçələr, texnikum məktəblər onun şərəfinə adlandırılıb. Şairin anadan olmasının 100 illik yubileyi 1962-ci ildə böyük təntənə ilə qeyd olunub.

Nəzrin CAVADZADƏ,

"Respublika".