Azərbaycanın hərbi qulluqçuları beynəlxalq təlimlərdə iştirak edəcəklər
Digər xəbərlər

Azərbaycanın hərbi qulluqçuları beynəlxalq təlimlərdə iştirak edəcəklər

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, Azərbaycan Ordusunda şəxsi heyətin peşəkarlıq səviyyəsinin artırılması istiqamətində görülən işlər davam etdirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, 2022-ci tədris ilində hərbi qulluqçularımızın 30-dan çox beynəlxalq təlim və yarışlarda iştirakı planlaşdırılır.

"Eternity - 2022", "EFES - 2022", "Sarsılmaz Qardaşlıq - 2022", "Qış təlimi - 2022", "Beynəlxalq Ordu Oyunları - 2022" və digər beynəlxalq təlim və yarışlar cəlb ediləcək hərbçilərimizin qarşılıqlı təcrübə mübadiləsi nəticəsində bilik və bacarıqlarının artırılmasına müsbət təsir göstərəcək.

Bundan başqa cari il ərzində hərbi qulluqçularımızın müxtəlif beynəlxalq seminar və konfranslarda iştirakı da nəzərdə tutulub.

AZƏRTAC