Azərbaycanın məqsədyönlü siyasəti dünyada təqdir olunur
Siyasət

Azərbaycanın məqsədyönlü siyasəti dünyada təqdir olunur

Müstəqil Azərbaycanın həyata keçirdiyi uğurlu siyasət onu regionun lider dövlətinə çevirməklə yanaşı, həmçinin irimiqyaslı layihələrin təşəbbüskarı icraçısı kimi tanıdıb. Təsadüfi deyil ki, beynəlxalq əhəmiyyətli layihələrin reallaşdırılmasında ölkə başçımızın fikirlərinə hörmətlə yanaşılır Azərbaycanın mövqeyi mütləq olaraq nəzərə alınır. Prezident İlham Əliyevin hər bir sahədə uzaqgörənliklə atdığı addımlar, yüksək tribunalardan etdiyi qətiyyətli çıxışlar, ölkəmizin maraqlarına xidmət edən müdrik siyasəti ona bütün dünyada böyük nüfuz qazandırıb. Beynəlxalq münasibətlər sistemində çoxşaxəli əməkdaşlıq əlaqələrinin qurulması, transmilli layihələrin reallaşdırılması nəticəsində regional gücə çevrilən Azərbaycan dövləti ikitərəfli regional əməkdaşlıq sahəsində böyük uğurlara imza atıb.

Təkcə regionda deyil, bütün dünya ölkələri ilə əməkdaşlığa böyük önəm verən, dostluq, tərəfdaşlıq münasibətlərinin qurulmasına səy göstərən dövlət başçımız Azərbaycanın humanist, sülhsevər ölkə imicini formalaşdırıb.

Bu gün bütövlükdə Avropanın enerji xəritəsini dəyişmiş Cənub Qaz Dəhlizinin təşəbbüskarı olan Azərbaycan qitənin etibarlı elektrik enerjisi təchizatçısı rolunu oynayır. Belə ki, Cənub Qaz Dəhlizi boru kəməri vasitəsilə Avropaya təbii qaz ixrac edən ölkəmiz uzunmüddətli etibarlı əməkdaşlıq əlaqələri quraraq enerji dialoqu həyata keçirir. Zəngin təbii enerji resurslarına sahib olması Azərbaycanın enerji təhlükəsizliyi sahəsində dünya ölkələri arasında vacib aktor kimi çıxış etməsinə geniş imkan yaradır. Bütün bunlar təbii ki, Azərbaycan Prezidenti İlham Əliyevin gələcəyə hədəflənmiş düşünülmüş siyasətinin uğurlu nəticəsidir. Ötən il oktyabr ayının 1- Bolqarıstan Respublikasının paytaxtı Sofiya şəhərində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasimindəki çıxışında Serbiya Prezidenti Aleksandar Vuçiç interkonnektorun uğurla tamamlanmasında Azərbaycan Prezidentinin rolunu xüsusi olaraq qeyd etmişdir: "Deməliyəm ki, dostumuz İlham Əliyevin iştirakı olmasaydı, bizim hər birimiz üçün qaz, eləcə elektrik enerjisi təchizatının şaxələndirilməsinə ümid etmək asan olmazdı. Əziz dostum, görürəm ki, indi Siz Avropada çox məşhurlaşmısınız. Mən Sizinlə əlaqə saxlamaq istəyirəm. Mən onunla dəfələrlə danışmışam. O, Avropada çox məşhurlaşıb. Bu arada, bilmirəm o, edib, amma etiraf edim ki, bunun sirrini mən bilmək istərdim".

Danılmaz faktdır ki, Azərbaycan bu gün bütün dünyada etibarlı tərəfdaş, səmimi dostluq münasibətlərində olan dövlətdir. Heç bir ölkənin daxili işlərinə qarışmayaraq müstəqil siyasət yürüdən dövlətimiz gündən-günə inkişaf edərək əlaqələrini daha da genişləndirir.

İkinci Qarabağ müharibəsində Azərbaycan öz ərazi bütövlüyünü təmin etdi. "Əgər kimsə ermənilər üçün ikinci dövlət yaratmaq istəyirsə, bunu öz ərazisində yaratsın, Azərbaycanın ərazisində yox", - deyən Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, düşünülmüş siyasəti, Silahlı Qüvvələrimizin qəhrəmanlığı sayəsində 30 il işğal altında qalan torpaqlarımız geri alındı. Düşmən kapitulyasiya aktı imzalamağa məcbur oldu. Azərbaycan tarixi qələbəsindən sonra Cənubi Qafqaz regionunda yeni reallıqlar yaratdı.

Bütün bunlara dövlət başçımız heç bir ölkədən kömək istəmədən, yardım almadan nail oldu. 30 ilə yaxın torpaqlarını işğal altında saxlayan, günahsız insanlarını qətlə yetirən, xalqına qarşı soyqırımı həyata keçirən, kənd şəhərlərini yer üzündən silən düşməninə sülh təklif etmək isə Azərbaycan Prezidentinin müharibələrsiz, münaqişələrsiz gələcəyə hədəflənmiş müdrik siyasətinin göstəricisidir. Bu, eyni zamanda xalqının müqəddəratını hər zaman, hər şeydən üstün tutan, onun sülh, əmin-amanlıq şəraitində yaşaması üçün var qüvvəsilə əzm nümayiş etdirən dövlət başçısının sülhsevərliyinin, humanistliyinin ən ali səviyyəsidir.

Vətən müharibəsindən iki ildən artıq vaxt ötsə , Ermənistanın bu müddət ərzində məğlub ölkə kimi üzərinə götürdüyü öhdəliyi yerinə yetirməməsinə, qarşı tərəfin qeyri-konstruktiv mövqeyinə böyük səbir nümayiş etdirən Prezident İlham Əliyev Cənubi Qafqazda sülhə, barışa, sabit dayanıqlı inkişafa mühüm töhfə verir, bu məqsəd uğrunda əzmlə mübarizə aparır. İranın da anti-Azərbaycan siyasəti yürütməsi, işğalçı Ermənistanla birgə tarix boyu yaxın qonşuluq əlaqələrini heçə sayaraq ölkəmizə qarşı düşmən mövqeyində olması Azərbaycanın qazandığı nailiyyətlərə, əldə etdiyi uğurlara mane ola bilmir. Ölkəmizi gözügötürməyən, region xalqlarının sülh şəraitində yaşamasını istəməyən bu iki ölkənin təxribat terrorları Azərbaycan Prezidentinin məqsədyönlü siyasətinə xələl gətirə bilmir. Azərbaycan gündən-günə inkişaf edir, beynəlxalq aləmdə mövqeyini daha da möhkəmləndirir, əməkdaşlıq əlaqələrini şaxələndirərək dünya birliyində etibarlı tərəfdaş, dost ölkə olaraq qəbul edilir. Elə bunun nəticəsidir ki, ölkəmizlə dostluq əlaqələri qurmaq, əməkdaşlıq etmək istəyən ölkələrin sayı getdikcə artır. Sözsüz ki, bütün bunların əsasında Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli liderlik qabiliyyəti, geniş dünyagörüşü, müdrik siyasi baxışları dayanır.

Bu il yanvar ayının 30-da ölkə başçımız Budapeştdə səfərdə olarkən Macarıstanın Baş naziri Viktor Orban xanımı Aniko Levai tərəfindən dövlət başçımız İlham Əliyevin birinci xanım Mehriban Əliyevanın şərəfinə verilən rəsmi naharda Macarıstanın Baş naziri demişdir: "Mən son on ildə Prezident Əliyevdən o qədər çox şey öyrənmişəm ki, olduqca mürəkkəb mühitdə ölkəyə necə yaxşı rəhbərlik etmək lazımdır. Əfsuslar olsun ki, onun bütün bildiklərini öyrənə bilmədim. Çünki biz radikal tərəfə meyilliyik o, daha mülayim baxışları ilə tanınan siyasi xadimdir. Mən ondan beynəlxalq arenada mülayim şəkildə necə daha da uğurlu olmağı öyrənməliyəm".

Prezident İlham Əliyevin hər bir qərarı, atdığı hər bir addımı Azərbaycan dövlətinin dayaqlarının möhkəmlənməsinə, müstəqilliyimizin əbədiliyinə dövlətçilik tariximizin qorunub saxlanmasına xidmət edir. Ölkəmizin məqsədyönlü siyasəti dünyada təqdir olunur

Mehparə ƏLİYEVA,

"Respublika".