Azərbaycanın müdafiə naziri Fransa nümayəndə heyəti ilə görüşüb
Siyasət

Azərbaycanın müdafiə naziri Fransa nümayəndə heyəti ilə görüşüb

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Fransa Respublikasının piyada əleyhinə minaların məhv edilməsi üzrə milli komissiyasının (CNEMA) prezidenti Jerar Şesnelin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, qonaqları salamlayan müdafiə naziri Vətən müharibəsində Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə qazanılan Qələbədən sonra azad olunan ərazilərdə aparılan mina və partlamamış döyüş sursatlarından təmizlənmə işləri ilə bağlı məlumat verib.

J.Şesnel isə öz növbəsində Vətən müharibəsində şəhid olanlarla bağlı başsağlığı verdikdən sonra rəhbərlik etdiyi komissiya tərəfindən azad edilən ərazilərin minalardan təmizlənməsi işlərində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi ilə qarşılıqlı əlaqədə lazımi kömək göstərməyə hazır olduqlarını qeyd edib.

AZƏRTAC