Azərbaycanın müdafiə naziri ilə İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi arasında telefon danışığı olub
Digər xəbərlər

Azərbaycanın müdafiə naziri ilə İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi arasında telefon danışığı olub

Oktyabrın 3-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovla İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqeri arasında telefon danışığı olub.

Müdafiə Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, tərəflər arasında ikitərəfli hərbi əməkdaşlıq, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

AZƏRTAC