Azərbaycanın müdafiə naziri MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib
Siyasət

Azərbaycanın müdafiə naziri MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib

Rusiyada işgüzar səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin noyabrın 10-da Moskvada keçirilən Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə MDB iştirakçı-dövlətlərinin müdafiə nazirləri Moskvadakı Aleksandr bağında "Naməlum əsgər" abidəsini ziyarət edərək önünə çələng və gül dəstələri qoyublar. Sonra xatirə fotosu çəkdirilib.

Daha sonra gündəmdə duran məsələlər iclasda müzakirə olunub.

AZƏRTAC