AZƏRBAYCANIN QARDAŞ ÖLKƏYƏ 100 MİLYON DOLLAR MALİYYƏ YARDIMI
Türk dünyası

AZƏRBAYCANIN QARDAŞ ÖLKƏYƏ 100 MİLYON DOLLAR MALİYYƏ YARDIMI

Dövlətimiz zəlzələdən zərər çəkmiş Türkiyədə yaşayış binalarının, sosial obyektlərin təhsil ocağının tikintisini həyata keçirəcək

Məlum olduğu kimi, mart ayının 20- Belçikada "Türkiyə Suriyadakı insanlar üçün birlikdə" adlı Beynəlxalq Donorlar Konfransı keçirilmişdir. Brüssel şəhərində baş tutmuş həmin tədbirdə ölkəmiz zəlzələdən zərər çəkmiş bölgədə bərpa-quruculuq yenidənqurma işlərinin aparılması məqsədilə 100 milyon ABŞ dolları məbləğində maliyyə yardımı ayırdığını elan etmişdir.

Qeyd etdiyimiz maliyyə vəsaiti sayəsində qardaş ölkədə yaşayış binaları, sosial obyektlər təhsil ocağının inşası nəzərdə tutulub.

Türkiyədə baş vermiş bu dəhşətli təbiət hadisəsindən dərhal sonra Azərbaycan qardaş ölkəyə öz dəstəyini nümayiş etdirib. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında bildirmişdir ki, gözlənildiyi kimi, Türkiyəyə ilk yardımı da Azərbaycan göndərdi. Nazir xüsusilə vurğulamışdı ki, daha əvvəl baş verən təbiət hadisələrində belə olmuşdu: "Türkiyədə son illər baş verən təbii fəlakətlərdə olduğu kimi, yenə ilk dəstəyini Azərbaycan göstərdi. Bu, bir millət, iki dövlət olduğumuzun göstəricisidir". Dövlət başçısı cənab İlham Əliyevin göstərişinə əsasən Türkiyəyə dərhal axtarış-xilasetmə dəstələri, tibbi heyətlər, könüllülər, eləcə müxtəlif təyinatlı humanitar yardımlar göndərilib. Bunların sırasında 940 nəfər xilasedici, tibbi personal, könüllü dəstələri, 5 min tondan çox humanitar yük ölkəmizdən Türkiyəyə yola salınıb.

Bununla yanaşı, qardaş ölkədəki zəlzələ bölgəsində fəaliyyət göstərən aidiyyəti təşkilatlar vasitəsilə 45 milyon ABŞ dollarından çox maddi yardımlar edilib. Bütün bunlar bir daha onu göstərir ki, dövlətimiz xalqımız həmişə olduğu kimi, bundan sonra da Türkiyənin yanındadır.

 Emin QASIMOV,

"Respublika".