Azərbaycanın qaz və
İQTİSADİYYAT

Azərbaycanın qaz və "yaşıl enerji" infrastrukturu layihələrinin inkişafı məsələləri nəzərdən keçirilib

Bakı Enerji Həftəsi çərçivəsində energetika naziri Pərviz Şahbazov bir sıra görüşlər keçirib.

Energetika Nazirliyindən bildirilib ki, ABŞ Dövlət katibinin enerji ehtiyatları üzrə köməkçisi Cefri Pyatt ilə görüşdə Birləşmiş Ştatların Azərbaycanın enerji layihələrinə davamlı dəstəyi yüksək qiymətləndirilib. Cənub Qaz Dəhlizinin genişləndirilməsi istiqamətində həlli zəruri proseslər əlavə tədarükün mənbələri ilə bağlı fikir mübadiləsi aparılıb. Təbii qazın enerji keçidində mühüm yanacaq olduğu bərpaolunan enerji mənbələrinin inkişafını dəstəklədiyi qeyd edilib. Eyni zamanda, Xəzərdən "yaşıl enerji" istehsalını bu enerjinin Avropaya Gürcüstandan keçməklə Qara dəniz Naxçıvan üzərindən Türkiyə vasitəsilə ixracı istiqamətində həyata keçirilən tədbirlərdən bəhs olunub. Söhbət zamanı Azərbaycanda hidrogenin istehsalı ixracı ilə bağlı imkanlar, bu aspektdə AYİB-in dəstəyi ilə aparılan bazar araşdırmasının nəticələri, həmçinin metan emissiyalarının azaldılması ilə bağlı birgə əməkdaşlıq məsələləri nəzərdən keçirilib.

Məlumatda qeyd olunur ki, Avropa Komissiyasının enerji siyasəti strategiyası koordinasiya üzrə direktoru xanım Kristina Lobillo Borrero ilə görüşdə Cənub Qaz Dəhlizinin, Xəzər-Avropa Yaşıl Enerji Dəhlizinin inkişafı, habelə Enerji Dialoqu çərçivəsində əməkdaşlıq priroritetləri üzrə müzakirələr aparılıb. Enerji layihələrinin maliyyələşmə imkanları, xüsusilə yaşıl enerjinin istehsalı ötürülməsi istiqamətində dördtərəfli formatda görülən tədbirlər barədə fikir mübadiləsi edilib. Müxtəlif komponentlərdən ibarət layihənin tam texniki iqtisadi əsaslandırılması birgə müəssisənin yaradılması prosesinə başlandığı bildirilib.

Görüşdə Avropa İttifaqı ilə enerji səmərəliliyi metan emissiyaları üzrə əməkdaşlıq barədə danışılıb

Mustafa KAMAL,

Respublika”.