Azərbaycanın Rus İcması bəyanatla çıxış edib
Digər xəbərlər

Azərbaycanın Rus İcması bəyanatla çıxış edib

Azərbaycanın Rus İcması Zabrat-1 Balaxanı qəsəbələri arasında yerləşən Zabrat qəbiristanlığında yaranmış vəziyyətlə bağlı bəyanatla çıxış edib.

AZƏRTAC xəbər verir ki, bəyanatda deyilir: "Rus İcmasına Zabrat-1 Balaxanı qəsəbələri arasında yerləşən Zabrat qəbiristanlığında yaranmış vəziyyətlə bağlı bir neçə müraciət daxil olub. Şahidlər tərəfindən vandalizm aktları, qəbirlərin dağıdılmış aşırılmış qəbirüstü plitələrinin fotomaterialları təqdim edilib. Bundan başqa, bir neçə hallarda yəqin ki, qohumlar tərəfindən əkilən ağaclar kollar kökündən çıxarılıb, çəpərlər sökülüb".

Bəyanatda vurğulanıb ki, baş verənlər hiddət doğurur təəccüblü deyil ki, bu, tolerant multikultural Azərbaycan cəmiyyətində ictimaiyyət arasında kütləvi informasiya vasitələrində narahatlıq yaradıb. Azərbaycanın Rus İcması törədilmiş vandalizm aktını qətiyyətlə pisləyir baş verən hadisəyə göstərdiyi diqqətə görə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya dərin minnətdarlığını bildirir.

"Hörmətli Mehriban Əliyevanın tapşırığına əsasən, Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyevin iştirakı ilə artıq Sabunçu rayonunun Balaxanı qəsəbəsində rus qəbiristanlığına baxış keçirilib. Vurğulanıb ki, bütün qəbirüstü plitələr yenidən bərpa ediləcək", - deyə bəyanatda deyilir.

Bəyanatda vurğulanır ki, bu gün Azərbaycanın baş prokurorunun birinci müavini Elçin Məmmədov Rus İcmasının sədri, Milli Məclisin deputatı Mixail Zabelinlə əlaqə saxlayıb ona qəbiristanlıqda vandalizm aktları ilə bağlı bütün hadisələrin təhqiqi üzrə istintaq qrupunun yaradıldığı barədə məlumat verib. Bildirilir ki, Azərbaycan Respublikasının baş prokuroru daxili işlər naziri istintaq aparırlar.

"Azərbaycanın Rus İcması istintaqın gedişini izləməkdə davam edəcək cəmiyyəti məlumatlandıracaq", - deyə bəyanatda qeyd olunub.