Azərbaycanın təhsil naziri Tbilisidə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib
Sosial həyat

Azərbaycanın təhsil naziri Tbilisidə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib

Gürcüstanda səfərdə olan Azərbaycan Respublikasının təhsil naziri Emin Əmrullayev fevralın 20-də Tbilisidəki Heydər Əliyev parkında Ümummilli Liderin abidəsini ziyarət edib.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, nazir ulu öndər Heydər Əliyevin abidəsi önünə əklil qoyub, dahi şəxsiyyətin xatirəsini ehtiramla yad edib.

Təhsil nazirini Azərbaycanın bu ölkədəki səfiri Faiq Quliyev, Gürcüstanın təhsil və elm nazirinin birinci müavini Tamar Maxaraşvili və digər rəsmi şəxslər müşayiət ediblər.

Ulu Öndərin abidəsi önünə Gürcüstanın Elm və Təhsil Nazirliyi adından da gül çələngi qoyulub.

AZƏRTAC