Azərbaycanın uğurlu
Siyasət

Azərbaycanın uğurlu "yaşıl enerji" siyasəti

Azərbaycanın zəngin enerji resurslarının dünya bazarına çıxarılması istiqamətində ümummilli lider Heydər Əliyevin uzaqgörənliyi sayəsində 1994- ildə imzalanmış "Əsrin müqaviləsi" ilə başlayan şərəfli yol bu gün "yaşıl enerji" siyasəti ilə davam etdirilir. Ötən il mayın 3- Prezident İlham Əliyev "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində "yaşıl enerji" zonasının yaradılması ilə bağlı tədbirlər haqqında" Sərəncam imzalamaqla ölkəmizdə yeni enerji qaynaqlarının yaradılmasına istiqamət verdi.

Belə ki, bu gün dünyanın ən qabaqcıl texnologiyaları alternativ enerjidən istifadənin genişləndirilməsinə ekoloji tarazlığın qorunmasına istiqamətlənir. Qarabağ Şərqi Zəngəzur İqtisadi rayonlarının yenidənqurma işlərində bu istiqamət əsas götürülür.

Prezident İlham Əliyevin həyata keçirdiyi yeni enerji siyasətinin təməlində bir çox vacib müddəalar dayanır. Belə ki, Rusiya-Ukrayna müharibəsinin başlaması ilə dünyada enerji təminatı sahəsində vəziyyət gərginləşdi. Rusiyaya qarşı bir sıra sanksiyalar tətbiq edən Avropa özünün enerji təminatı üçün alternativ mənbələrə üz tutdu.

Ötən il iyulun 18- Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin Azərbaycana səfəri çərçivəsində "Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu"nun imzalanması xüsusi əhəmiyyət daşıyır.

Azərbaycanın 44 günlük Vətən müharibəsində işğaldan azad etdiyi ərazilər bərpaolunan enerji mənbələri ilə kifayət qədər zəngindir. İlkin dəyərləndirmələrə əsasən, bu ərazilərdə külək, günəş hidroenerji stansiyalarının potensialı 10 qiqavatdan çoxdur. Azərbaycan artıq bu zəngin potensialın reallaşdırılması mərhələsindədir. Müharibə başa çatandan sonra sözügedən ərazilərdə bir neçə bərpaolunan enerji stansiyasının istismarına başlanıb, çayların üzərində yeni enerji infrastrukturunun yaradılması da intensiv şəkildə davam etdirilir. Əlamətdar haldır ki, ayrı-ayrı xarici şirkətlər respublikamızda bərpaolunan enerji sektoruna böyük həcmlərdə investisiyalar yönəltməyə başlayıblar. Buna nümunə kimi, BP-nin azad olunmuş Cəbrayılda günəş enerji stansiyasına yatırım etmək qərarını göstərmək olar. 230 meqavatlıq günəş enerji stansiyası Zəngəzur dəhlizindən, eyni zamanda elektrik enerjisi ötürəcək. Məhz bu məqsədlə, Cəbrayıl rayonunda böyük qəbuledici çevirici stansiya tikilir. Hazırda Azərbaycanda reallaşan investisiya layihələri (günəş, külək elektrik stansiyası) ölkəyə əlavə 700 meqavatdan çox yaşıl enerji verəcək. Bununla paralel olaraq, dünyanın iki aparıcı şirkəti ilə imzalanmış protokollar əsasında Azərbaycanda 22 min meqavata qədər günəş külək elektrik stansiyalarının tikintisi nəzərdə tutulur.

Bundan əlavə, Yunanıstan-Bolqarıstan İnterkonnektoru (IGB) qarşılıqlı əlaqə xəttinin tutumunun 3 milyard kubmetrdən 5 milyard kubmetrə qədər genişləndirilməsi Macarıstan Mərkəzi Avropada enerjinin şaxələndirilməsi üçün vacibdir. Xatırladaq ki, Yunanıstan-Bolqarıstan qaz kəməri 2022-ci il oktyabrın əvvəlində kommersiya istismarına verilmişdir. Oktyabrın 1- Bolqarıstan Respublikasının paytaxtı Sofiya şəhərində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimi Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə baş tutdu. Ölkə başçımız nitqində enerji təminatının vacibliyini vurğuladı: "Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru layihəsi Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsində qaz təchizatının şaxələndirilməsində mühüm rol oynayacaq. Enerji təhlükəsizliyi hər bir ölkənin milli təhlükəsizliyinin bir hissəsidir. Dünyada cari geosiyasi vəziyyət bunu bir daha sübuta yetirir".

Bu il fevralın 3- Bakıda "Gülüstan" sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarının keçirilməsi strateji tərəfdaş olan Azərbaycanı təkcə neft-qaz ixracında yox, eləcə bərpaolunan enerji sahəsində önəmli oyunçulardan birinə çevirir. Regionun önəmli seqmenti olan Zəngəzur dəhlizi vasitəsilə "yaşıl enerji"nin gələcəkdə Türkiyə Avropaya ixracının artırılması nəzərdə tutulur. "Cəbrayıl" enerji qovşağının yaradılması, elektrik veriliş xətlərinin Zəngəzur dəhlizindən keçməklə Türkiyəyə, oradan da Avropa bazarına ixrac edilməsi Azərbaycanın iqtisadi geosiyasi rolunu daha da artıracaq. Artan iqtisadi dəyərlərin formalaşması istiqamətində Avropa ilə birgə atılan addımlar ölkəmizə olan etimadın göstəricisidir. Azərbaycanın beynəlxalq məkanda enerji təminatına verdiyi töhfələr iqtisadi mövqeyimizi daha da gücləndirir. Tədbir çərçivəsində, Azərbaycan xarici investor "Masdar" şirkəti ilə quruda dənizdə ilkin mərhələdə 4 QVt gücündə, növbəti mərhələdə isə 6 QVt gücündə günəş külək enerjisi layihələrinin həyata keçirilməsi ilə bağlı tarixi razılaşmalar əldə etmişdir. Bu layihələrin əvvəlcə 2 QVt-ı, daha sonra 4 QVt-ı Xəzər dənizinin külək enerjisi potensialından elektrik enerjisi hidrogenin istehsalını nəzərdə tutur ki, bu da Azərbaycanda yenilikdir. Bu layihələr mövcud ümumi istehsal güclərindən 2756 MVt-dan çoxdur, bərpaolunan enerji güclərinin isə təqribən 8 qatına bərabərdir.

Energetika Nazirliyi ilə Yaponiyanın "TEPSCO" şirkəti arasında 6 may 2021-ci ildə imzalanmış müqavilənin icrası çərçivəsində "Yaşıl Enerji Zonası" Konsepsiya layihəsinin hazırlanması regionda bərpa oluna bilən enerjinin önəmini göstərir. İşğaldan azad edilmiş ərazilərdə 7 200 MVt-dan çox günəş, 2 000 MVt-a dək potensial külək enerjisi mövcuddur. Günəş enerjisinə görə Füzuli, Cəbrayıl, Zəngilan rayonları, külək enerjisinə görə isə əsasən dağlıq rayonlar olan Laçın, Kəlbəcər rayonları mühüm əhəmiyyət kəsb edir. Bildiyimiz kimi, artıq Cəbrayıl rayonu ərazisində 240 MVt gücündə günəş enerjisi layihəsi üzrə müvafiq İcra Müqaviləsi imzalanıb. Eləcə , Laçın Kəlbəcər rayonları ərazisində 400 MVt-dək gücdə KES-in tikintisi layihəsinin həyata keçirilməsi nəzərdə tutulur. Bundan əlavə, ölkə başçımızın tapşırığına əsasən işğaldan azad edilmiş ərazilərdə bununla əlaqədar olaraq güclü infrastrukturun yaradılması "yaşıl enerji"nin ixracını sürətləndirəcək.

Yaxın keçmişdə Buxarestdə "Azərbaycan, Gürcüstan, Macarıstan Rumıniya Hökumətləri arasında yaşıl enerjinin inkişafı ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş"in imzalanması mərasimində bərpa oluna bilən enerji qaynaqlarının istifadəsi, ixracı səmərəliliyinə toxunulmuşdur. Tədbirin Avropanın enerji təhlükəsizliyinə töhfə verdiyi xüsusilə Avropanın enerji təminatının yaşıl enerji mənbələri hesabına həyata keçirilməsinin əhəmiyyəti vurğulanmışdı. Azərbaycanın dördtərəfli görüş zamanı Avropa enerji bazarındakı rolu yüksək qiymətləndirilmişdi.

Nəhəng şirkətlərin investorluğu, qlobal güclərin ölkəmizlə əməkdaşlığı Azərbaycanın enerji sisteminin bərpaolunan enerjiyə transformasiyası "yaşıl enerji" üzrə hədəflərini yeniləməsi, eləcə bu enerji növü üzrə ixracatçıya çevrilməsi üçün həlledici əhəmiyyət daşıyır.

Nurlan ABDALOV,

"Respublika".