Azərbaycanın və Türkiyənin xarici işlər nazirləri regional əməkdaşlığı müzakirə ediblər
Siyasət

Azərbaycanın və Türkiyənin xarici işlər nazirləri regional əməkdaşlığı müzakirə ediblər

Martın 17- Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, telefon danışığı zamanı xarici işlər nazirləri Azərbaycanla Türkiyə arasında ikitərəfli regional əməkdaşlıq məsələlərini, habelə beynəlxalq təşkilatlar çərçivəsində gündəlikdə duran aktual mövzuları müzakirə ediblər.

Tərəflər, həmçinin bölgədəki mövcud vəziyyət, eləcə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıb.